Yığmamız millisi 4 pillə gerilədi
11 Aprel 2013 Cümə Axşamı 14:17
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 4 pillə geriləyib. Milli komanadamız 276 xalla 120-ci yerdədir

Reytinqin cədvəlində ilk 3 pillə dəyişməz qalıb. İspaniya 1538 xala 1-ci, Almaniya 1428 xalla 2-ci, Argentina 1292 xalla 3-dür.

1. İspaniya - 1538 xal

2. Almaniya - 1428

3. Argentina – 1292

4. Xorvatiya - 1191

5. Portuqaliya - 1163

6. Kolumbiya - 1159

7. İngiltərə - 1135

8. İtaliya - 1117

9. Hollandiya - 1093

10 Ekvador - 1056

Dünya Çempionatındakı rəqiblərimizdən isə yenə ən yaxşı göstərici Portuqaliyaya məxsusdur. Komanda 2 pillə irəliləyərək 1163 xalla 5-ci yerdədir. Rusiya yığması 1 pillə geriləyib. 1052 xalla 11-ci yerdədir.

İsrail yığması 16 pillə irəliləyərək 536 xalla 58-ci, Şimali İrlandiya 22 pillə geriləyərək 285 xalla 119-cudur.

Qardaş Türkiyə də bir pillə irəliləyib. Türkiyə millisi 631 xalla 44-cü yerdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar