Bu gün 2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına stadionda Azərbaycan və Uels milli komandaları arasında oyun keçirilib. Yığmamızın bütün səylərinə baxmayaraq matç qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 42-ci dəqiqəsində Berti Foqtsun rəhbərliyi altında rəsmi oyunlarda qələbə üzünə həsrət qalan Azərbaycan millisi qapısında qol görüb. Uelslilər Devid Edvardsın vurduğu qolla irəli çıxıblar.
Matçın ikinci hissəsində isə qonaqlar bütün komanda ilə geri çəkiliblər. Uelslilərin qapısına yaxın düşə bilməyən oyunçularımız uzaqdan zərbələrə üstünlük versələr də, hesab dəyişməyib.
Stadiona qələbə ümidi ilə toplaşan azarkeşlər isə "İstefa-istefa" şüarları səsləndirblər.
Samin Abdullayev /ANS PRESS/