Yığmamız Macarıstanı darmadağın etdi
21 Aprel 2011 Cümə Axşamı 11:22
17 yaşadək qızlardan ibarət komandamız rəqib qapısından 7 top keçirib
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Macarıstanda təlim-məşq toplanışındadır. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Rəqib isə “Femina” (Budapeşt) klubunun 1995-1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası olub. 17 yaşadək qızlardan ibarət yığmamız bu görüşdə 7:0 hesabı ilə qələbə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar