Yığmamız Macarıstan klubu ilə qarşılaşacaq
01 Fevral 2011 Çərşənbə Axşamı 14:45
21 yaşlı futbolçularımızın rəqibi “Gyori Eto” klubu olacaq
21 yaşadək futbolçulardan ibarət yığma komandamız Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamız hazırlıq prosesi çərçivəsində növbəti qarşılaşmaya çıxacaq. Rəqib isə Macarıstanın “Gyori Eto” klubu olacaq. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, 21 yaşlılardan ibarət yığmamız bundan əvvəl Almaniyanın “Maynts” klubunun əvəzedici heyətinə 1:3 hesabı ilə uduzmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar