Yığmamız Litvanı məğlub etdi
10 May 2011 Çərşənbə Axşamı 16:26
17 yaşadək futbolçularımız Kişinyovda qələbə qazanıb
17 yaşadək futbolçulardan ibarət yığma komandamız Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil olunmuş “FA of Moldova Cup” turnirində mübarizəyə başlayıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan yığması bu gün turnirdə ilk oyununu keçirib. Litvalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qələbə qazanıb.

Oyunda ilk qolu litvalı futbolçular vurub. Lakin sonra Orxan Əliyev penalti zərbəsini dəqiq yerinə yetirməklə, hesabı bərabərləşdirib. Kənan Manafovun vurduğu qol isə qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar