Yığmamız Litva kollektivi ilə qarşılaşacaq
08 Yanvar 2012 Bazar 12:38
19 yaşadək futbolçularımız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə mübarizəni davam etdirirlər.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qarşılaşacağı növbəti komanda müəyyənləşib.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, mübarizə apardığı A qrupunda 3-cü yeri tutan komandamız, B qrupunda müvafiq pillədə qərarlaşmış Litva yığması ilə 9-12-ci yerlər uğrunda oyunda qarşılaşacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın bu gün Sankt-Peterburq şəhərindəki “Zenit” İdman Oyunları Sarayında keçiriləcək. Oyun saat 16:30-da başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar