Yığmamız İtaliyaya gedir
31 Mart 2011 Cümə Axşamı 14:56
19 yaşadək futbolçularımız Olbia şəhərində turnirə qatılacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 12-dən 18-ə qədər İtaliyanın Verona şəhərində təlim-məşq toplanışında olacaq. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız aprelin 18-dən 24-dək isə Olbia şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Yığmanın heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Rəşad Əzizov – “İnter”, Orxan Sadıqlı – “Xəzər Lənkəran”, Emil Balayev – “Neftçi”, Kərim Diniyev – “Neftçi”, Fuad Bayramov – “İnter”, Ruslan Tağızadə – “Abşeron”, Elşən Abdullayev – “Neftçi”, Aleksandr Qross – “İnter”, Rizvan Umarov – “Zenit” (Rusiya), Nurlan Novruzov – “Bakı”, Ruslan Bədəlov – “Olimpiya”, (Volqoqrad, Rusiya), Tural Hümbətov – “Zenit” (Rusiya), Azər Abbasov – “Zenit” (Rusiya), Akif Tağıyev – “Turan”, Rəhman Hacıyev – “Bakı”, Eldar Cankişiyev – “Anji” (Rusiya), Ruslan Cəfərov – “İnter”, Samir Rüstəmli – “Neftçi”, Xanlar Zamanov – “İnter”, Mirsahib Abbasov – “İnter” və Qüvvət Əmrahov – “Turan”.






DOSTLARINLA PAYLAŞ:

oyunlar