Yığmamız İrlandiya komandası ilə görüşür
07 Mart 2011 Bazar Ertəsi 13:22
17 yaşadək futbolçulardan ibarət millimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edir
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunan beynəlxalq turnirdə iştirak edir. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız beynəlxalq turnirdə ilk oyununu bu gün keçirəcək.

Bakı vaxtı ilə saat 15:00-da start götürəcək oyunda futbolçularımızın rəqibi İrlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası olacaq. Millimizlə yanaşı turnirin A qrupunda yer alan Avropa Region yığması Qərb Region yığması ilə üz-üzə gələcək.

Yığmamızın İrlandiya ilə oyun üçün heyətinə cəlb olunmuş futbolçuların adlarını nəzərinizə çatdırırıq:
Kamran Abdullazadə – “Xəzər Lənkəran”, İsmayıl İsmayılov – “Lokomotiv” (Moskva, Rusiya), Şirməhəmməd Məmmədov – “Qəbələ”, Elvin Camalov – “Qəbələ”, Coşqun Diniyev – “İnter”, Əyyub Əliyev – “Neftçi”, Kənan Manafov – “Neftçi”, Sadiq Quliyev – “Qəbələ”, Adil Nağıyev – “İnter”, Qurbanəli Əliyev – “İnter”, Polad Mirzəzadə – “Bakı”, Orxan Əliyev – “Elektroavtomatika” (Stavropol, Rusiya), Ruslan Nəsirli – “Maşuk”KMV (Pyatiqorsk, Rusiya), Rüstəm Əsgərov – “Tekstilşik” (İvanovo, Rusiya), Nurlan Şiriyev – “Rostov” (Rusiya), David Qarayev – FK “Stoliça” (Moskva, Rusiya), Ruslan Abdullayev – “Torpedo” (Moskva, Rusiya) və Şamil Cəmaladdinov – “Anji” (Rusiya).



DOSTLARINLA PAYLAŞ:

oyunlar