Yığmamız Hindistanla qarşılaşır
27 Fevral 2012 Bazar Ertəsi 12:19
Futbol üzrə millimiz Dubayda ikinci yoxlama oyununa çıxır.
Futbol üzrə yığma komandamız bu gün növbəti yoxlama oyununa çıxır. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının rəqibi Hindistan kollektivi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Xatırladaq ki, millimizin fevralın 24-də Dubay şəhərində Sinqapur yığması ilə keçirdiyi yoldaşlıq oyunu 2:2 hesabı ilə nəticələnmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar