Yığmamız FIFA reytinqində irəliləyib
17 Noyabr 2010 Çərşənbə 14:35
Ali Futbol qurumu növbəti siyahısını açıqlayıb.
Bu gün FIFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Yığma komandamız ötən ayla müqayisədə bir pillə irəliləyib. Millimiz hazırki reytinq siyahısında 90-cı pillədə yer alır. Avro-2012-nin seçmə qrup mərhələsində rəqiblərimizdən olan Almaniya komandası 4-cü pillədə qərarlaşıb.

Digər rəqiblərimiz olan Türkiyə 29, Avstrya 49, Belçika 62, Qazaxıstan isə 137-ci dir. FIFA-nın reytinq siyahısına isə yenə də son dünya çempionu olan İspaniya komandası başçılıq edir. Dünya çempionatının qalibini ikinci pillədə yerləşən Hollandiya və üçüncü olan Braziliya kollektivi izləyir.

Xatırladaq ki, FIFA-nın növbəti reytinq siyahısı dekabr ayının 15-i açıqlanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar