Yığmamız FİFA reytinqində irəlilədi
19 Dekabr 2012 Çərşənbə 13:37
Milli komandamız 188-ci pilləyə yüksəlib.
Milli komandamız FİFA reytinqində irəliləyib. ANS PRESS FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandası reytinq siyahısında 5 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 277 xalla 118-ci pillədə qərarlaşıb.

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. Ancaq o, 3 pillə geriləyib və 7-ci yerdədir.

Rusiya yığması isə yerində qalıb - 1084 xalla 9-cu yer.

Rəqiblərimizdən İsrail yerində qalıb - 78-ci yer, Şimali İrlandiya 4 pillə irəliləyək 367 xalla 96-cıdır.

Qonşumuz Türkiyə 2 pillə geriləyərək 627 xalla 40-ci yerdə qərarlaşıb.

Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionunun aktivində 1606 xal var. Almaniya millisi isə 1437 xalla ikincidir. İlk onluğu təqdim edirik: Üçüncü yerdə Argentina millisi qərarlaşıb. İtaliya 4-cü, Kolumbiya 5-ci, İngiltərə 6-cı, Portuqaliya 7-ci, Hollandiya 8-ci, Rusiya 9-cu Xorvatiya isə 10-cudur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar