Yığmamız FİFA reytinqində irəlilədi
18 Noyabr 2011 Cümə 17:02
Komandamız mövqeyini 4 pillə yaxşılaşdıracaq.
Futbol üzrə yığma komandamız 23 noyabrda açıqlanacaq FİFA-nın dünya yığmalarının növbəti reytinq siyahısında 4 pillə irəliləyəcək. ANS PRESS-in məlumatına görə, “Football-rankings.info” saytı hesablamalar əsasında reytinq siyahısında komandaların düzülüşünü müəyyənləşdirib.

Yığmamız ötən aya nisbətən aktivindəki xalların sayını 265-dən 300-ə çatdırıb ki, bu da yığmamızın noyabrın 23-də açıqlanacaq reytinq siyahısında 113-cü olmasına kömək edəcək. Türkiyə yığması ötən aykı reytinq siyahısı ilə müqayisədə 2 pillə geriləyərək 28-ci pillədə qərarlaşacaq.

Reytinq cədvəlinin ilk dörd pilləsində heç bir dəyişkilik olmayacaq. İspaniya, Hollandiya, Almaniya və Uruqvay kollektivləri 1-4-cü yerləri bölüşdürür. İngiltərə kollektivi mövqeyini 2 pillə yaxşılaşdıraraq 5-ci pilləyə yüksəlib. Braziliya 6-cı, Portuqaliya 7-ci, Xorvatiya 8-ci, İtaliya 9-cu Argentina isə 10-cudur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar