Yığmamız FİFA reytinqində irəlilədi
27 İyul 2011 Çərşənbə 14:10
Komandamız hazırda 111-ci pillədədir.
FİFA milli komandaların növbəti reytinq siyahısını tərtib edib. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan yığması iyun ayı ilə müqayisədə bu ay 1 pillə irəliləyib. Aktivində komandamız 111-ci yerdə qərarlaşıb.

Yığmamızın 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya (1305) 3-cü pillədə məskunlaşıb. Bundestim yalnız İspaniya (1588) və Hollandiyadan (1542) geri qalıb. Türkiyə 820 xalla 24-cü, Belçika 691 xalla 37-ci, Avstriya 479 xalla 66-cı, Qazaxıstan 231 xalla 126-cı yerdədir.

Reytinq siyahısına aktivində 1588 xal olan son dünya çempionu İspaniya kollektivi başçılıq edir. Hollandiya 1542 xalla ikincidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar