Yığmamız FİFA reytinqində irəlilədi
11 Fevral 2011 Cümə 10:15
Futzal millimiz mövqeyini xeyli yaxşılaşdırıb
FİFA futzal üzrə dünya yığma komandalarının yeni reytinq sıralamasını açıqlayıb. Azərbaycanın futzal üzrə yığma komandası yanvar ayı ilə müqayisədə 4 pillə irəliləyib. Komandamız Özbəkistan, Latviya və Ukrayna yığmalarının iştirakı ilə keçirilən Bakı turnirini qazanmaqla bu uğura imza atıb.

İndi aktivində 2080 xalı olan millimiz dünya sıralamasında 12-ci yeri tutur. Dünya reytinq sıralamasına isə 2391 xalla İspaniya komandası başçılıq edir. Braziliya 2351 xalla ikincidir.

Ən güclü üçlüyü isə 2258 xalla İran futzalçıları tamamlayır. Qeyd edək ki, İspaniyadan savayı Avropa çempionatının seçmə mərhələsində rəqiblərimiz olacaq Qazaxıstan və Fransa ən güclü 20 kollektiv sırasına düşə bilməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar