Yığmamız FİFA reytinqində geriləyir
18 May 2011 Çərşənbə 15:09
Komandamız hazırda 108-ci pillədədir
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamız ötən ayla müqayisədə bir pillə geriləyib. Hazırda millimiz 108-ci pilləni tutur. Komandamızın aktivində 288 xal var.

Komandamızın AVRO-2012-nin seçmə qrup mərhələsindəki rəqibləri - Almaniya 4-cü , Türkiyə 30-cu, Belçika 37-ci, Avstriya 74-cü, Qazaxıstan isə 139-cu pillədə yer alıb.

FİFA-nın reytinq siyahısındakı ilk “onluq”da yer almış komandaları nəzərinizə çatdırırıq: İspaniya, Hollandiya, Braziliya, Almaniya, Argentina, İngiltərə, Uruqvay, İtaliya və Xorvatiya.

Qeyd edək ki, FİFA növbətini reytinq siyahısını iyunun 29-da açıqlayacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar