Yığmamız FİFA reytinqində geriləyə-geriləyə gedir
29 İyun 2011 Çərşənbə 14:24
Komandamız son siyahıda daha 4 pillə mövqeyini itirib.
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandası ötən ayla müqayisədə 4 pillə geriləyib. İndi yığmamız aktivində 282 xalla 112-ci pillədə qərarlaşıb. Avro-2012-nin seçmə qrup mərhələsindəki rəqiblərimizdən Almaniya 1417 xalla 3-cü, Türkiyə 7 pillə irəliləyib və 820 xalla 23-cü mövqedə qərarlaşıb. 2 pillə irəliləyən Belçika 691 xalla 35-ci, 9 pillə irəliləyən Avstriya 479 xalla 65-ci yerə qalxıb. Qazaxıstan isə 13 pillə irəliləyərək 231 xalla 126-cı yeri ələ keçirib.

Siyahıya isə yenə də İspaniya başçılıq edir. Son Avropa və dünya çempionlarının 1871 xalı var. 1661 xala malik Hollandiya 2-ci pillədə qalıb. 1146 xala malik İngiltərə 2 pillə irəliləyib və 4-cü pillədə yer alıb.

Əvəzində 1130 xala malik Braziliya 2 pillə geriləyərək, 5-ci olub. 3 pillə irəliləyən İtaliya 1059 xalla 6-cı, 1 pillə irəliləyən Portuqaliya 1046 xalla 7-ci, 2 pillə irəliləyən Xorvatiya 1033 xalla 8-ci, 19 pillə irəliləyən Meksika 1007 xalla 9-cu, 5 pillə geriləyən Argentina isə 979 xalla 10-cudur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar