Yığmamız FİFA reytinqində gerilədi
13 Aprel 2011 Çərşənbə 14:00
Komandamız ilk “yüzlük”dən uzaqlaşıb
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamız ötən ayla müqayisədə yeddi pillə geriləyib. Hazırda millimiz 107-ci pilləni tutur. Komandamızın aktivində 288 xal var.

Komandamızın AVRO-2012-nin seçmə qrup mərhələsindəki rəqibləri - Almaniya 4-cü , Türkiyə 30-cu, Belçika 37-ci, Avstriya 73-cü, Qazaxıstan isə 140-cı pillədə yer alıb.

FİFA-nın reytinq siyahısındakı ilk “onluq”da yer almış komandaları nəzərinizə çatdırırıq: İspaniya, Hollandiya, Braziliya, Almaniya, Argentina, İngiltərə, Uruqvay, İtaliya və Xorvatiya.

Qeyd edək ki, FİFA növbətini reytinq siyahısını mayın 18-də açıqlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar