Yığmamız Fələstin seçməsi ilə görüşəcək
17 Yanvar 2012 Çərşənbə Axşamı 12:59
Yoldaşlıq görüşü Dubayda baş tutacaq.
Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşündə üz-üzə gələcəyi növbəti rəqibin adına aydınlıq gəlib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Fələstin yığması ilə qarşılaşacaq. Yoldaşlıq görüşü fevralın 29-da baş tutacaq.
Xatırladaq ki, millimiz ötən ilin noyabr ayının 11-də baş tutan son yoldaşlıq oyununda səfərdə Albaniya kollektivini 1:0 hesabı ilə məğlub etmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar