Yığmamız ermənilərə uduzdu
27 Oktyabr 2011 Cümə Axşamı 22:37
Türkiyədə yeniyetmələrdən ibarət şahmat üzrə Azərbaycan yığması Ermənistan seçməsi ilə qarşılaşıb.
Türkiyənin Kocaeli şəhərində keçirilən yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığma kormandası və Ermənistan millisi qarşılaşıb. Millimiz ermənilərlə görüşə Ülvi Bacarani, Misrəddin İskəndərov, Kənan İzzət və Nicat Abbasov kvarteti ilə çıxıb. Komandamız rəqibinə 1,5:2,5 hesabı ilə yenilib.

İskəndərov Mikaelyana uduzub, digərləri ilə öz rəqibləri ilə heç-heçə edib.
rov

Xatırladaq ki, 6 turdan sonra yığmamızın aktivində 14,5 xal var. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar