Yığmamız Dünya Kubokunu 3 medalla başa vurub
30 May 2011 Bazar Ertəsi 05:38
Yığmamız bu yarışmada iki gümüş, bir bürünc medal qazanıb
Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun III mərhələsi başa çatıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, yığmamız bu yarışmada iki gümüş, bir bürünc medal qazanıb. Kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqla (C-1) mübarizə aparan Valentin Demyanenko 1 gümüş, 1 bürünc, 2 nəfərlik qayıqla (C-2) yarışan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə gümüş medala sahib olublar. Qeyd edək ki, kayak və kanoeçilərimiz daha öncə Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kubokunun I mərhələsində mübarizə aparıblar. Həmin yarışda Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 qızıl, 1 gümüş medal qazanıb.
DOSTLARINLA PAYLAŞ: