Yığmamız Çinə böyük hesabla uduzdu
07 Yanvar 2011 Cümə 15:35
19 yaşadək futbolçularımız Valentin Qranatkinin xatirə turnirində çıxışını başa vurub
19 yaşadək futbolçularımız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə mübarizələrini başa vurublar.
ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, xatirə turnirində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyunda Çin komandası ilə üz-üzə gəlib. Görüşdə Asiya təmsilçisi yığmamıza böyük hesabla qalib gəlib. Çinlilər futbolçularımızın qapısında 3 cavabsız top keçiriblər.
Xatırladaq ki, yığmamız turnirdə keçirdiyi əvvəlki hər iki oyunda heç-heçə oynamışdı:
Azərbaycan – Ukrayna 1:1
Belarus – Azərbaycan 0:0
DOSTLARINLA PAYLAŞ: