Yığmamız bu gün Qazaxıstanla qarşılaşır
27 Aprel 2011 Çərşənbə 11:23
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində mübarizə davam edir. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, turnirdə iştirak edək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.

Yığmamız qazaxıstanlı həmyaşıdları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Xatırladaq ki, futbolçularımız turnirdəki ilk oyunda İran yığmasını 2:1 hesabı ilə məğlub edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar