Yığmamız bu gün Bolqarıstan kollektivi ilə qarşılaşır
09 Noyabr 2011 Çərşənbə 12:23
Voleybolçu qızlarımız Olimpiadaya vəsiqə qazanmaq şanslarını saxlayır.
Bu gün qadınlardan ibarət yığmamız Olimpia oyunlarına təsnifat qabağı turnirində mübarizəyə start verir. ANS PRESS-in məlumatına görə, Faiq Qarayevin yetirmələri B qrupunda Bolqarıstan və Danimarka seçmələri ilə qüvvələrini sınayacaqlar. A qrupunda isə Macarıstan, Ukrayna və Çexiya seçmələri mübarizə aparacaq.

Millimiz ilk oyununu bu gün saat 18:30-da Bolqarıstan seçməsinə qarşı keçirəcək. Sabah isə qadın voleybolçularımız Danimarka komandası ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, komandamız yalnız qrupda birinci yeri tutacağı halda gələn il aprelin 30-dan mayın 7-nə kimi Türkiyənin İstanbul şəhərində keçiriləcək Avropa Olimpiya Təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Paytaxtda baş tutan turnirlə yanaşı Rusiyanın Kazan və Xorvatiyanın Split şəhərlərində təşkil olunan anoloji turrnirdə fərqlənən 2 komanda Türkiyədəki yarışa vəsiqə qazanacaq. Kazan şəhərindəki turnirdə Rusiya, Slovakiya, Belçika, Rumıniya, Avstriya və İspaniya, Splitdə isə Xorvatiya, Hollandiya, Fransa, İsveç, İsrail və Yunanıstan milliləri mübarizə aparacaq. Onu da bildirək ki, son Avropa çempionatının yarımfinalçıları Serbiya, Almaniya, Türkiyə və İtaliya birbaşa olaraq Avropa olimpiya təsnifat turnirində iştirak edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar