Yığmamız bu dəfə Özbəkistanı əfv etmədi
12 İyun 2011 Bazar 18:40
17 yaşlı futbolçulardan ibarət milli komanda “Caspian cup” turnirində ikinci qələbəsini qazanıb
17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandası “Caspian cup” turnirində ikinci oyununu keçirib. A qrupunda qərarlaşmış millimiz Özbəkistan seçməsi ilə qarşılaşıb. Maraqlı anlarla yadda qalan qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə nəticələnib.

Yığmamızın heyətində Ruslan Nəsirli dubl edib, Şirməhəmməd Məmmədov və Coşqun Diniyev hərəyə bir dəfə fərqlənib. Təbriz Həsənovun yetirmələri qrupda son oyununu iyunun 14-də türkiyəli həmyaşıdlarına qarşı keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar