Yığmamız Bolqarıstana uduzdu
14 Avqust 2013 Çərşənbə 23:16
Bolqarıstanla sefer qarşılaşması komandamız üçün sentyabrda İsraille seferdeki resmi oyun öncesi axırıncı sınaq olub.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-21) bu gün növbəti yoldaşlıq görüşünü çıxıb. Apasport.az-ın məlumatına görə, Bolqarıstanla səfər qarşılaşması komandamız üçün sentyabrda İsraillə səfərdəki rəsmi oyun öncəsi axırıncı sınaq olub.

Beləliklə, komandamız bu oyunda rəqibinə 3:1 hesabı ilə məğlub olub.

Cari seçmə mərhələyə evdə Makedoniya ilə 0:0 hesablı bərabərliklə başlayan yığmamız növbəti rəsmi matçını sentyabrın 8-də keçirəcək.

Beynəlxalq yoldaşlıq görüşü
14 avqust

Bolqarıstan – Azərbaycan - 3:1
Loveç. “Gradski” stadionu


DOSTLARINLA PAYLAŞ:

oyunlar