Yığmamız birinci dəqiqədə qol buraxaraq uduzdu
27 Oktyabr 2012 Şənbə 12:55
19 yaşadək futbolçularımız islandiyalı həmyaşıdlarına məğlub olublar.
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. ANS PRESS-in məlumatına görə, İslandiya komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Azərbaycan – İslandiya oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov affa.az saytına fikirlərini bildirib: "Təəssüf ki, oyunun başlanğıcı bizim üçün uğursuz oldu – birinci dəqiqədə qol buraxdıq. Təbii ki, bu, oyunumuza təsirsiz ötüşmədi. Bununla belə, komandamızın pis oynamadağını deyə bilərəm. Hakimin də nəticəyə təsir etdiyini bildirməliyəm. İki epizodda rəqibimizin qapısına penalti təyin olunmalı idi. Lakin hakim bunu etmədi. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, təəssüf ki, alınmadı".


DOSTLARINLA PAYLAŞ:

oyunlar