Yığmamız biabırçı hesabla uduzdu
23 Avqust 2010 Bazar Ertəsi 21:30
Özbəkistanda U-16-nın qapısına 7 qol vurulub.
Özbəkistanda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Komandamızın rəqibi Özbəkistanın U-17 yığması olub. Qarşılaşma 7:2 hesabı ilə özbəkistanlı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Namiq Ələsgərov və Nurlan Əhmədov fərqlənib.

Qeyd edək ki, bu yığmalar arasında ilk oyunda da özbəkistanlılar qalib gəlib - 3:1. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar