Yığmamız beynəlxalq turnirin qalibi oldu
08 Fevral 2011 Çərşənbə Axşamı 23:45
Bakıda keçirilən futzal turnirinə yekun vurulub
Bakıda keçirilən futzal üzrə 4-cü beynəlxalq turnirə yekun vurulub. ANS PRESS-in məlumatına görə, turnirdə Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan milli komandaları qalib adı uğrunda mübarizə aparıb.

Bakı İdman Sarayında keçirilən yarışın sonuncu günündə ilk oyun Latviya və Özbəkistan komandaları arasında keçirilib. Oyun 6:3 hesabı ilə Özbəkistan futzalçılarının xeyrinə başa çatıb.

Azərbaycan və Ukrayna yığmalarının gərgin idman mübarizəsi şəraitində keçən görüşünün ilk hissəsi 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Azərbaycan yığmasının heyətində qolları Serjao və Rizvan Fərzəliyev vurub. Futzalçılarımız ikinci hissədə də üstünlüyü əldən verməyərək rəqib komandanın qapısından daha bir top keçirib. Bu dəfə Biro Jade fərqlənib.

Beləliklə, oyun 3:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb və yığmamız turnirin qalibi olub.
Ukrayna yığması ikinci, Özbəkistan millisi isə üçüncü yeri tutub.

Komandalara diplomlar və xatirə hədiyyələri, Azərbaycan millisinə isə kubok təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar