Yığmamız Bakıda yoldaşlıq görüşü keçirəcək
04 May 2011 Çərşənbə 15:53
Komandamızın rəqibi Makedoniya kollektivi olacaq.
Bakı şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yoldaşlıq oyunu avqustun 10-da baş tutacaq.

Qeyd edək ki, yığma komandamız son yoldaşlıq görüşünü fevralın 9-da Macarıstan komandasına qarşı keçirib. Həmin oyunda futbolçularımız rəqibə 0:2 hesabı ilə uduzmuşdular. anspress




DOSTLARINLA PAYLAŞ:

oyunlar