Yığmamız Avropaya səs saldı
29 May 2011 Bazar 16:27
Yeniyetmə gimnastlarımızdan ibarət komandamız qitə birinciliyində bürünc medal qazanıb.
Azərbaycanın bədii gimnastika üzrə yeniyetmələrdən ibarət komandası Avropa çempionatında bürünc medal qazanıb. Bu gün səhər Minksdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yeniyetmələrin yarışına yekun vurulub. Yarışın nəticələrinə görə, birinci yeri Rusiya gimnastlatı qazanıb (27,100 xal), ikinci yeri turnirə ev sahibliyi edən Belarus çıxıb (26,500 xal) , Azərbaycan komandası isə üçüncü yerə layiq görülüb (25,585 xal).
Azərbaycan gimnastlarının çıxışı yerli publikanın xoşuna gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: