Yığmamız Avropa kubokunun final qarşılaşmasında məğlub oldu
14 Noyabr 2011 Bazar Ertəsi 12:26
Sərbəst və yunan-Roma güləşçilərimiz rusiyalı pəhləvanlara uduzublar.
Güləş üzrə Avropa Kubokuna yekun vurulub. ANS PRESS-in Rusiya Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində yunan-Roma və sərbəst güləş üzrə turnirin finalında ev sahibi Rusiya və Azərbaycan komandaları üz-üzə gəlib. Yunan-Roma güləşi üzrə yığmamız finalda Rusiya kollektivinə 0:7 hesabı ilə məğlub olub.

Komandamızın heyətində Eldəniz Əzizli (55 kq), İvan Tatarinova, Kamran Məmmədov (60 kq) Rüstəm Xuçbarova, Rəsul Çunayev (66 kq) Ambako Vaçadzeyə, Rafiq Hüseynov (74 kq) İmil Şarafətdinova, Fuad Əliyev (84 kq) Aleksey Mişinə, Araz Həsənov (96 kq) Nikita Melnikova, Maksim Proxorov isə Hasan Baroevə uduzub. Avropa kubokunda yunan-Roma güləşi yığmalarının mübarizəsində Rusiya birinci, Azərbaycan ikinci, Bolqarıstan üçüncü, Türkiyə dördüncü, Belarus isə beşinci yerə sahıb çıxıb.

Sərbəst güləş üzrə yığmamız da yunan-Roma güləşi üzrə seçmə komandamız kimi Avropa kubokunun finalına vəsiqə qazansa da məğlubiyyətə düçar olub. Komandamız rusiyalı rəqibləri 3:4 hesabı ilə uduzublar. Toğrul Əsgərov (60kq) Opan Sat, Emin Əzizov (66 kq) Soslan Romanov, Aleksandr Qostiyev (74 kq) Müslüm Dadayev üzərində qələbə qazansa da, Mahmud Maqomedov (55 kq) Nəriman İrsapilova, Novruz Temrezovun (84 kq) Anzor Urişevə, Hacı Amidjanovun (96 kq) Arslanbek Əliyevə, Aslan Dzebisovun (120 kq) Barsaq Kesayevə məğlub olması komandsamızın məğlubiyyətinıə səbəb olub. Səırbəst güləş yığmarının Avropa kubokunda mübarizəsində Bolqarıstan üçüncü, Türkiyə dördüncü, Gürcüstan beşinci, Belarus isə altıncı yeri tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar