Yığmamız Avropa çempionatında uğurla çıxış etdi
16 May 2011 Bazar Ertəsi 11:54
Samboçularımız 3 medal qazandılar
Bolqarıstanın paytaxı Sofiya şəhərində mayın 12-dən keçirilən sambo üzrə Avropa çempionatına yekun vurulub. ANS PRESS-in “Eurosambo.com” saytına istinadən verdiyi məlumata görə, milli komandamızın qitə birinciliyində qazancı 3 medal olub.

Samboçularımızdan İslam Qasımov (52 kq) və Cavidan Qarayev (62 kq) gümüş, Ağasif Səmədov (52 kq) isə bürünc medal əldə edib.

Yığma komandamız bu nəticə ilə komanda hesabında 5-ci yerə sahib çıxıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar