Yığmamız almanlara məğlub oldu
02 İyul 2011 Şənbə 18:57
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi “Berlin Seleksiya Region” U-16 komandasına 2:1 hesabı ilə uduzub.
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə bu gün ilk oyununu keçirib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamız Almaniyanın “Berlin Seleksiya Region” U-16 komandası ilə qarşılaşıb.

Oyun 2:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov fərqlənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar