Yığmamız Almaniya klubunu məğlub etdi
06 İyul 2011 Çərşənbə 16:45
16 yaşlı futbolçularımız “Mecklenburg Vorpommern” klubuna qalib gəlib.
Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə növbəti oyununu keçirib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamız “Mecklenburg Vorpommern” klubunun U-16 komandası ilə qarşılaşıb.

Mənsur Nəhavəndi, Budaq Nəsirov və Fəhmin Muradbəylinin vurduğu qollar sayəsində yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar