Yığmamız 7 pillə gerilədi
22 Noyabr 2010 Bazar Ertəsi 19:50
FİFA-nın yeni reytinq cədvəli açıqlanıb
FİFA qadınlardan ibarət yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Millimiz budəfəki siyahıda 7 pillə geriləyərək 74-cü pillədə qərarlaşıb.

İndi komandamızın aktivində 1341 xal var. Komandamız ötən ay açıqlanmış reytinq cədvəliylə müqayisədə 10 xal az toplayıb.

Siyahıya isə ABŞ-ın qadınlardan ibarət yığma komandası başçılıq edir. Amerikalıların aktivində 2185 xal var. Almaniya ikinci (2153 xal), Braziliya isə üçüncü (2116 xal) yerdə qərarlaşıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar