Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində uğurla çıxış etmiş Samir Əliyev futbolçu karyerasını başa vurub. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena"da keçirilmiş "Neftçi" - "Zestafoni" oyununun fasiləsində Samir Əliyevə AFFA-nın və "Neftçi" PFK-nın hədiyyələri verilib.
AFFA-nın hədiyyəsini İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, "Neftçi" PFK-nın hədiyyəsini isə klubun vitse-prezidenti Tahir Süleymanov təqdim edib.