Yığma komandanın son məşqinin yeri dəyişdirilib
25 İyul 2010 Bazar 16:15
15 yaşadək qızların təlim-məşq toplanışı sabah başa çatır.
İyulun 23-dən etibarən Bakıda 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir. Toplanış sabah – iyulun 26-da başa çatacaq. Komandanın hazırlıq prosesi çərçivəsindəki son məşqinin yeri dəyişdirilib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
U-15, əvvəlcədən xəbər verildiyi kimi, Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Şağan Olimpiya İdman Kompleksində məşq edəcək. Məşq saat 10:00-da başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: