Yığma komandanın kapitanı istefa verib
07 Oktyabr 2010 Cümə Axşamı 23:15
Zurab Azmayparaşvilinin istefasının səbəbləri açıqlanmır.
Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının kapitanı Zurab Azmayparaşvili istefa verib. Kapitanın istefasının səbəbləri barədə heç bir məlumat verilmir.

Xatırladaq ki, Azərbaycan yığma komandası bu gürcüstanlı mütəxəssisin rəhbərliyi ilə Novi-Sad şəhərində (Serbiya) keçirilmiş Avropa çempionatının qalibi olub, Bursada (Türkiyə) keçirilən çempionatda dördüncü yeri tutub. Onun rəhbərliyi altında Azərbaycan şahmatçılarının iştirak etdiyi sonuncu turnir Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş 39-cu Ümumdünya Şahmat Olimpiadası olub. Bu turnirdə Azərbaycan şahmatçıları 12-ci yeri tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar