Yığma komandanın ilk oyununun vaxtı müəyyənləşib
03 Avqust 2010 Çərşənbə Axşamı 23:15
Basketbol yığmamız albanlara qarşı oynayacaq.
Basketbol üzrə Azərbaycan yığma komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi ilk oyununun vaxtı müəyyənləşib. Yığmamız “B” divizionunun ilk görüşünə səfərdə çıxacaq. Rəqib isə Albaniya yığması olacaq.

Albaniya - Azərbaycan qarşılaşması avqustun 8-də, Bakı vaxtı ilə 23:30-da başlayacaq. Bu arada Elxan Əliyevin yetirmələri Türkiyədə təlim məşq toplantısını davam etdirir. Yığmamız növbəti yoxlama matçında da qüvvəsini sınayıb. Türkiyənin əvəzedici komandası ilə qarşılaşan basketbolçularımız qələbə qazanıblar (80:47). Millimiz növbəti yoxlama görüşünü sabah Yeni Zelandiyaya qarşı keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar