Yığma komandamız qalib gəldi
21 İyun 2010 Bazar Ertəsi 14:35
19 yaşlı futbolçularımız “Neftçi” klubunun əvəzedici komandasını məğlub edib.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Sumqayıt şəhərində təlim-məşq toplanışı keçir. Seçmə komanda bu gün “Neftçi” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.

AFFA-dan verilən məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma 4:2 hesabı ilə U-19-un xeyrinə başa çatıb.

Yığmamızın qollarını Elnur Abdulov, Murad Səttarlı, Nurlan Novruzov və Cavid Tağıyev vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar