Yığma komandada yalnız azərbaycanlı futbolçular
29 İyul 2010 Cümə Axşamı 21:50
Qadınlardan ibarət yığma son 2 matçın hazırlıqlarına başlayıb.
Futbol üzrə qadınlardan ibarət yığma komandamız Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək son 2 matçın hazırlıqlarına başlayıb. Yığmamız toplantı üçün Quba Olimpiya Kompleksini seçib.
Futbol üzrə qadınlardan ibarət yığma komandamız gün ərzində iki dəfə, səhər və axşam məşqlərə çıxır. Komandanın məşqçisi Kəmalə İbadullayeva yetirmələrini həm fiziki, həm taktiki, həm də texniki tərəfdən hazırladığını bildirib. Diqqət çəkən məqamlardan biri isə yığmaya cəlb olunan 25 oyunçunun hamısının azərbaycanlı olmasıdır. Məşqçilər heyətini narahat edən komandanın əsas qapıçısı, Günel Mütəllimovanın zədəli olmasıdır.
Qeyd edək ki, zəriflərimiz avqust ayının 21-də səfərdə uelsli həmkarları ilə qüvvəsini sınayacaq. Nyutaun şəhərinin Lazam Park stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bundan 4 gün sonra isə seçməmiz Çexiya yığmasının qonağı olacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: