Yeniyetmə boksçularımızdan 2 qızıl medal
14 İyul 2012 Şənbə 18:41
“Əlcək ustaları”mızdan ikisi Yakutskda keçirilən “Asiyanın uşaqları” V beynəlxalq idman oyunlarında qızıl medala layiq görülüblər.
Yeniyetmə boksçularımızdan ikisi Yakutskda keçirilən “Asiyanın uşaqları” V beynəlxalq idman oyunlarında qızıl medala layiq görülüblər.

Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan İman Əhmədli finalda rusiyalı Arqen Jorobayevi 11:6 hesabı ilə məğlub edib.

Orxan Əliyev də (80 kq) həlledici görüşdə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalıxıb. Boksçumuz Qazaxıstan nümayəndəsi Madiyar Nurqaliyev üzərində qələbə qazanıb – 13:10. Məsud Yusifzadə (52 kq) və Şamil Əliyev (70 kq) finalda uduzaraq, gümüş medala sahib olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar