Yeni Olimpiada təsis edilir
17 Dekabr 2009 Cümə Axşamı 12:45
Yeni Olimpiada təsis edilir. Təşkil ediləcək yarışlarda Avropa idmançıları iştirak edəcəklər.
Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti, Patrik Hikki 2013-cü ilədək qitəmiqyaslı yeni yarışlar – Avropa oyunlarının təsis ediləcəyini bəyan edib.

Mini-olimpiadalar adlanacaq bu yarışlar demək olar ki, bütün qitələrdə, Asiyada (Asiada), Afrikada (Ümumafrika oyunları), Şimali və Cənubi Amerikada (Panamerika) keçirilir.

İndi EOC prezidenti Patrik Hikkinin tapşırığı ilə növbəti dörd ildə EOC İcraiyyə Komitəsinin əsas vəzifəsi Avropa oyunlarının təsis edilməsi məsələsini hərtərəfli işləyib hazırlamaqdan ibarət olacaq.

Proses daha tez başa çatarsa, onda ilk Avropa oyunları artıq 2013-cü ildə təşkil edilə bilər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar