"Yeni il kuboku"nda həlledici oyun keçiriləcək
24 Dekabr 2010 Cümə 23:30
Sabah Qərb və Şərq regionlarının qalibləri üz-üzə gələcək
Sabah qızlar arasında keçirilən “Yeni il kuboku”nun həlledici oyunu keçiriləcək. Bu barədə ANS PRESS-ə AFFA mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qarşılaşma saat 11:00-da Şağan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Xatırladaq ki, dekabrın 18-də və 19-da «U-15 UNİCEF qızlar Liqası»nda çıxış edən komandalar arasında «Yeni il kuboku» oyunları keçirilib. Qərb regionunda "Zaqatala", Şərq regionunda isə BTİ komandası birinci yeri tutub. Sabah – dekabrın 25-də, Şağan Olimpiya İdman Kompleksinin stadionunda bu komandalar arasında həlledici oyun keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar