Yeni futbol komandası yaradılıb
28 Fevral 2011 Bazar Ertəsi 22:41
"Neftçi"nin B qrupu fəaliyyətə başlayıb
“Neftçi” yeni futbol komandası yaradıb. Bu gündən etibarən “Neftçi” klubunun B komandası fəaliyyətə başlayıb. Klubdan verilən məlumata görə, B qrupunun əsas məqsədi klubun müxtəlif yaş qrupları üzrə komandalarında məşq edən 450-dən çox uşaq və yeniyetmə arasında ən perspektivlilərinin üzə çıxarılmasından ibarətdir.

Klub rəhbərliyinin qərarı ilə 1992-96-cı il təvəllüdlü perspektivli futbolçular B komandasının məşqlərində iştirak edəcək. Daim perspektivli yerli futbolçulara qayğı göstərən klub rəhbərliyi B komandasını yaratmaqla, istedadlı yerli futbolçuları gələcəkdə əsas komandaya qazandırmaq məqsədi güdür.

Qeyd edək ki, hər həftə baş tutacaq B komandasının məşqlərində 30-a yaxın istedadlı gənc futbolçu iştirak edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar