Yarımfinalçıların adına aydınlıq gəlib
25 Dekabr 2010 Şənbə 17:20
Bakı İdman Sarayındaboks üzrə ölkə birinciliyi davam edir
Bakı İdman Sarayında keçirilən boks üzrə Azərbaycan çempionatında yarımfinalçıların adı məlum olub. 1/4 final mərhələsində də demək olar ki, gözlənilməz nəticələr qeydə alınmayıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, favoritlər bu dəfə də öz görüşlərini qələbə ilə başa vurublar. 52 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu, yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş mükafatçısı Salman Əlizadə Kamran Vəlizadəni 10:2 hesabı ilə məğlub edib. Dünya və Avropa çempionatının mükafatçsı, Pekin Olimiadasının iştirakçısı Samir Məmmədov da yarımfinala vəsiqə qazanıb. O, İnşallah Alışovu 5:2 hesabı ilə üstələyib. Sinqapur Olimpiadasının daha bir gümüş mükafatçısı – Elvin İsayev də (60kq) qələbə seriyasını davam etdirir. İsayev Elnur Zedynalov üzərində 11:0 hesabı ilə qələbə qazanıb. Digər favoritlərdən Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərob (75 kq), Kamran Mehdiyev (81 kq), Vətən Hüseynli (81 kq), Elçin Əlizadə (91 kq), Teymur Məmmədov (91 kq), Hafiz İsgəndərov (91 kq) və Fərid Paşayev də yarımfinala vəsiqə qazanıblar. WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Rəhim Nəcəfov da adını yarımfinalçılar sırasına yazdırıb. Bu dəfə onun rəqibi Biləsuvar təmsilçisi – Yalçın Əzimli rinqə çıxmaqdan imtina edib.
Yarımfinal mərhələsində boks həvəskarlarını maraqlı döyüşlər gözləyir. 60 kq çəki dərəcəsində İmil İksanov Elvin İsayevlə, Ruslan Qasımov isə Heybətulla Hacəliyevlə üz-üzə gələcək. 91 kq çəki dərəcəsində isə Teymur Məmmədovla Hafiz İsgəndərovun görüşü böyük maraqla gözlənilir.
14 final mərhələsində qeydə alınan nəticələr
49 kq
Salman Əlizadə (Sədərək) 10:2 Kamran Vəlizadə (Rabitə)
Şakir Xəlilov (Qızıl Əlcək) 1:12 Kamran Məlikov (Rabitə)
Emin Fərəcov (Hövsan) - Elvin Məmişzadə (Sumqayıt – Sədərək) Fərəcov döyüşə çıxmayıb
Nurlan Qasımlı (Neftçi) 10:3 Əfsun Həsənov (DİN İC)

56 kq
Namiq Hüseynov (Neftçi) 6:5 Salman İbrahimov (Rabitə)
Yalçın Əzimli (Biləsuvar) – Rəhim Nəcəfov (Rabitə) Əzimli döyüşə çıxmayıb
Samir Məmmədov (Neftçi) 5:2 İnşallah Alışov (Neftçi)
Sabit Həsənov (Şirvan) – Elnur Əliyev (Rabitə) Həsənov döyüşə çıxmayıb
60 kq
Imil İksnov (Rabitə) 8:2 Naim Məcidov (Gömrükçü)
Elvin İsayev (Rabitə) 11:0 Elnur Zeynalov (Rabitə)
Ruslan Qasımov (Neftçi) 7:0 Tural Əkbərov (Spartak)
Heybətulla Hacəliyev (Rabitə) – Vüsal Əmirov (Şirvan) Əmirov döyüşə çıxmayıb
64 kq
Qismət Eynullayev (Sərhədçi-Rabitə) 1:1 Mehdi Mehdiyev (Neftçi) Qələbə Mehdiyevə verilib

Telman Rəsulov (Gəncə) 0:4 Nurlan Məmmədov (Lənkəran)
Xəyal Əliyev (Şirvan) – Anar Cəfərov (Gömrükçü) Nokautla Cəfərov qələbə qazanıb
Əhməd Dzaurov (Rabitə) 0:1 Tamerlan Abdullayev (Rabitə)
69 kq
Əli Məmmədov (DİN İC) 5:0 Nurlan Heydərov (Gənclik)
Həsənəli Kazımov (Biləsuvar) – Emil Məhərrəmov (Rabitə) Kazımov döyüş çıxmayıb
Elvin Quliyev (Neftçi) 6:2 Orxan Salmanov (Sumqayıt)
Seymur Balayev (Qusar) 0:4 Sadiq Eynullayev (Rabitə)
75 kq
Murad Ağamalıyev (Rabitə-Təhsil) 7:1 Mətləb Alışov (Mingəçevir)
Toğrul Dəmirov (Sərhədçi) 2:1 Tural Adıgözəlov (Lənkəran)
Vüsal Cabbarov (DİN İC) – Rza Əmiraslanov (Spartak) Nokautla Əmiraslanov qalib gəlib
Rahib Bəylərov (G.Əsədov – Rabitə) 1:0 Yolçu Zeynalov (Rabitə)
81 kq
Kamran Mehdiyev (Rabitə) – Musa Abdullayev (Təhsil) Nokautla Mehdiyev qələbə qazanıb
Rafiq Əliyev (Gəncə) – Ramil Əliyev (Rabitə) Nokautla Əliyev qələbə qazanıb
Aslan Məmmədov (Masallı) – Malik Məmmədzadə (Neftçi) Nokautla Məmmədzadə qələbə qazanıb
Rafiq İbrahimov (ADBTİA) – Vətən Hüseynli (Rabitə) Nokautla Hüseynli qalib gəlib
91 kq
Sərxan Cabbarov (Neftçi) – Orxan Məmmədov (Zərdab) Məmmədov döyüşə çıxmayıb
Fərrux Məlikov (Şəmkir) 0:8 Elçin Əlizadə (Sədərək)
Sadiq Qasımov (Naxçıvan) – Teymur Məmmədov (Rabitə) Nokautla Məmmədov qələbə qazanıb
Rüstəm Rzaquliyev (Təhsil) – Hafiz İsgəndərov (Neftçi) Nokautla İsgəndərov qələbə qazanıb
91 kq+
İlqar Allahverdiyev (DİN İC) – Elmir Hacıyev (Şəmkir) Nokautla Allahverdiyev qələbə qazanıb
Elçin İsmayılov (Neftçi) 6:2 Fərid İbrahimli (Naxçıvan)


Fərid Şabanov (Rabitə) 6:1 Qərib Orucov (Masallı)
Fərid Paşayev (Rabitəçi) – Elşən Quliyev (Sumqayıt) Nokautla Paşayev qələbə qazanıb
Azərbaycan çempionatında final görüşləri dekabrın 26-da keçiriləcək. Mükafata layiq yerlər tutmuş idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.








DOSTLARINLA PAYLAŞ:

oyunlar