Yağış Bakıda misilsiz tamaşaya mane oldu
03 May 2010 Bazar Ertəsi 12:05
Açıq səma altında keçiriləcək şahmat oyunları keçirilməyəcək.
Bu gün Sahil bağında baş tutmalı olan məşhur şahmatçılarla uşaqlar arasında partiya baş tutmayacaq. Buna səbəb Bakıda yağışlı havanın müşahidə olunmasıdır.

Azərbaycan Şahmat Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 87 şahmat taxtasında açıq səma altında oynanılması nəzərdə tutulan şahmat partiyaları ümumiyyətlə ləğv edilib.

Xatırladaq ki, şahmat üzrə “Prezident Kuboku”nda çıxış etmiş məşhur şahmatçılar Yudit Polqar, Vladimir Kramnik, Qata Kamski və Emil Sutovski bu gün vətənə yola düşürlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar