XXI əsrin ilk onilliyinin ən yaxşı hakimi - Markus Merk
18 Yanvar 2011 Çərşənbə Axşamı 16:10
Markus Merk bütün rəqiblərini geridə qoyub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk onilliyinin ən yaxşı futbol hakimlərinin siyahısını açıqlayıb. İFFHS-in araşdırmalarına görə, XXI əsrin ilk onilliyinin ən yaxşı hakimi adına almaniyalı Markus Merk layiq görülüb. Almaniyalı hakim 135 xala layiq görülüb. İkinci pillədə qərarlaşmış Oskar Ruis (Kolumbiya) ondan 29 xal az toplayıb.

İFFHS-in versiyasına görə fərqlənən hakimləri nəzərinizə çatdırırıq:

1. Markus Merk (Almaniya) – 135 xal,
2. Oskar Ruis (Kolumbiya) 104 xal,
3. Lyuboş Mihel (Slovakiya) 96 xal,
4. Xorxe Luis (Uruqvay) 96 xal,
5. Pyeluici Kollina (İtaliya) 94 xal,
6. Roberto Rozetti (İtaliya) 91 xal,
7. NimMilton Nilsen (Danimarka) 84 xal,
8. Frank De Blekere (Belçika0 82 xal,
9.Massimo Buzakka (İsveçrə) 81 xal,
10. Manuel Mexuto-Qonsales (İspaniya) 73 xal. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar