XVIII Azərbaycan çempionatı tarixin arxivinə qovuşdu
16 May 2010 Bazar 20:30
Premyer Liqaya vida edən "Karvan" yenə böyükhesablı məğlubiyyətlə üzləşib.
Bu gün keçirilən üç oyunla Premyer Liqada 2009/10 mövsümünə yekun vurulub. Premyer Liqaya vida edən "Karvan" doğma meydanda "Turan"ı qəbul edib. Yevlax klubu əvəzedici heyətlə çıxdığı oyunda yenə böyükhesablı məğlubiyyətlə üzləşib - 4:1. "Turan"ın heyətində Nadir Nəbiyev üç dəfə fərqlənib. Tovuz klubunun son qoluna Fərmayıl Əliyev imza atıb. "Karvan"ın təsəlli qolunu isə rəqib qapısından Nicat Məmmədzadə keçirib.

"Karvan" kimi Premyer Liqa ilə vidalaşmış "Standard" isə ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb. Ötən tur "Karvan"ı 6:0 hesabı ilə yenən sumqayıtlılar bu dəfə "Simurq"a acı aqibət yaşadıb - 4:0. Yevlax klubunun qapısından 4 qol keçirən Fərid Quliyev bu dəfə rəqibini üç qola qonaq edib.
Premyer Liqanı 9-cu pillədə bitirmək istəyən "Muğan" istəyinə çata bilməyib. Salyan klubu səfərdə "Olimpik-Şüvəlan"a yenilib - 0:2.

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda "Bakı" "Xəzər Lənkəran"a 1:0, "İnter" "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəlmişdi. "Neftçi" - "Qarabağ" oyununda isə hesab açılmamışdı - 0:0.
Olimpik-Şüvəlan - Muğan 1:0
Qollar: Tərlan Xəlilov, 5. Davit Svanidze, 65 (avtoqol).

Karvan - Turan 1:4
Qollar: Nicat Məmmədzadə, 65 - Nadir Nəbiyev, 2; 14; 57. Fərmayıl Əliyev, 76.
Qırmızı vərəqə: Hafiz Əliyev, 74.

Simurq - Standard 0:4
Qollar: Arif İsayev, 16. Fərid Quliyev, 17; 90; 90+2.
 
ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar