XL Bakıda "İnter"ə dərs keçdi
27 Fevral 2011 Bazar 18:21
Lənkəran klubu "Birlik Kuboku"nun sahibini 3:1 hesabı ilə məğlub edib
Bu gün Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinə yekun vurulub. İkinci “altılıq”da oynayacaqları rəsmiləşən “Qəbələ” və “Gəncə” qolsuz “sülh”lə ayrılıb. Qar üzündən 1 saat gec oynamalı olan “Simurq”la “Muğan”ın görüşünün taleyini isə 1 qol həll edib. Salyanlılar sonda vurulan qolla uğurlu seriyanı davam etdirib.

Turun mərkəzi oyunu isə daha məhsuldar alınıb. Son ölkə çempionu “İnter”in qonağı olan “Xəzər Lənkəran” istəyinə 3 qolla çatıb. “Neftçi”dən uzaq düşməməyə çalışan lənkəranlıların böyük hesablı qələbəsinə isə yalnız penalti imkan verməyib. “Birlik kuboku”nun bombardiri Girts Karlson komandasını biabırçılıqdan xilas edən təsəlli qolunu vurub. Lakin bakılılar bu turadək sahib olduqları 3-cü pillə ilə vidalaşmaqla barışmalı olublar. Belə ki, “Qarabağ” 2 gün əvvəl “İnter”i arxada qoymuşdu.

"Qəbələ" - "Gəncə" - 0:0
Qırmızı vərəqə : Ramal Hüseynov, 42

"Simurq" - "Muğan" - 0:1
Con Pelu, 82

"İnter" - "Xəzər Lənkəran" - 1:3
Firts Karlson, 60-p - Hristu Kiaku, 9, Adrian Pit, 19, Uinston Parks, 50


DOSTLARINLA PAYLAŞ:

oyunlar